Bakı. Trend:
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.
Trend xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı pozuntulara görə də cərimə müəyyənləşir:
- beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan
Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son
təyinat məntəqəsinin avtovağzaldan
(avtostansiyadan) kənarda həyata keçirilməsinə;
- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımansının
şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində
yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsindən kənarda
həyata keçirilməsinə;
- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımanın
bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;
-qeyri-müntəzəm sərnişin daşınmasının (taksi avtomobilləri ilə
sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata
keçirilməsinə görə əlli manatadək məbləğdə cərimə edilməsi təklif
olunur.
Digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımaları yerinə
yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş
dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə
cərimə ilə bağlıdır. Əgər hazırda buna görə qırx manatdan əlli
manatadək məbləğdə cərimə tətbiq edilirsə, layihəyə görə bu halla
əlaqədar artıq əlli manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Layihəyə əsasən, qeyri-müntəzəm sərnişin daşınmasının (taksi
avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar
doldurulmadan həyata keçirilməsi ilə bağlı inzibati xətanın
törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən formulyarın forması müəyyən
edildikdən sonra yaranacaq.
Həmçinin layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və
baqaj daşınması qaydalarının pozulmasına görə olan cərimə
dəyişib.
Belə ki, artıq :
-. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən
avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə
riayət olunmamasına;
- “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj
daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri
olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik
avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə;
-. müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq
edilməsinə;
-. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən
avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil
nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün
çəkilməsinə;
-. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən
avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına;
- müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə
əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə;
-. taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin,
baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş
tələblərə riayət olunmamasına;
- taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə
işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək
məqsədilə durmasına;
- qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus
marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə
yetirilməsinə;
-qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm
marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin
mindirilməsinə və düşürülməsinə görə -
əlli manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan qanuna görə
isə bu məbləğ 40 manatdan 50 manatadək məbləğdə müəyyən edilib.