...

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı azalıb

Cəmiyyət Materials 15 İyun 2023 14:39 (UTC +04:00)
Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 647,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artım qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 18,7 faiz artıb.

Göstəricilərə əsasən, taksidən istifadə edən sərnişinlərin sayı azalıb. Belə ki, 2022-ci ilin göstəricilərinə əsasən, taksidən istifadə edən sərnişinlərin payı 6,0 faiz olub, bu ilin əvvəlinə isə 4,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti