...

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır

Cəmiyyət Materials 23 İyun 2023 12:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.

Trend xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, məcəllənin hazırkı variantına görə, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti