...

54 ildə Məkkəyə gedən zəvvarların sayı AÇIQLANDI

Cəmiyyət Materials 25 İyun 2023 09:38 (UTC +04:00)
54 ildə Məkkəyə gedən zəvvarların sayı AÇIQLANDI

Trend-i buradan izləyin

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Qeyd olunub ki, 54 il ərzində 99 milyondan çox zəvvar Məkkəyə səfər edib. Bu ildə 2,4 milyon insan Həcc ziyarətinə gedir.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, cari ildə əcnəbi zəvvarlar üçün Həcc ziyarəti xərcləri 39 faiz azaldılıb.

Xəbər lenti

Xəbər lenti