...

32 aptekdə yoxlama keçirilib, 2-də nöqsan aşkarlanıb

Cəmiyyət Materials 11 İyul 2023 10:17 (UTC +04:00)
32 aptekdə yoxlama keçirilib, 2-də nöqsan aşkarlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Analitik Ekspertiza Mərkəzi 01.06.2023-30.06.2023-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı təqdim edir.

AEM-dən Trend-ə verilən xəbərə görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti