Bakı. Trend:
Zamanında beynəlxalq olimpiada qaliblərinin müsabiqədən kənar ali məktəbə qəbulunun sui-istifadələrə gətirib çıxaracağı iddia edilirdi.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiyadalarının qaliblərinin mükafatlandırma mərasimində deyib.
Nazir bildirib ki, adətən onlar qəbul imtahanlarında da iştirak edir: "Onların imtahanda topladıqları orta bal 650-nin üzərində olur. Olimpiadadan əldə edilən ən vacib nüans prosesin şəffaf keçirilməsidir" - deyə nazir əlavə edib.