...

Ermənistan jurnalistlərinin arzusu olarsa, Azərbaycana gəlmələrində bir problem olmaz - Rəşad Məcid

Cəmiyyət Materials 19 İyul 2023 16:15 (UTC +04:00)
Ermənistan jurnalistlərinin arzusu olarsa, Azərbaycana gəlmələrində bir problem olmaz - Rəşad Məcid
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı Trend:

Ermənistan jurnalistlərinin arzusu olarsa, Azərbaycana gəlmələrində bir problem olmaz.

Trend xəbər verir ki, bu fikri Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat brifinqi zamanı deyib

"Müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yaranıb. Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır", - deyə Rəşad Məcid əlavə edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməni əsilli jurnalistlər də olur.

“Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”, - deyə A.Hacızadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti