...

Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Materials 27 İyul 2023 15:03 (UTC +04:00)
Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Heydər Əliyev prospektinin 17,4-cü kilometrlik hissəsində, şəhər istiqamətində "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri bu gün də davam edəcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, işlər bu axşam saat 22:00-dan səhər saat 05:00-a qədər aparılacaq. Həmin zaman kəsiyində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti