...

Azərbaycanla Türkiyə “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzaladı

Cəmiyyət Materials 27 İyul 2023 18:07 (UTC +04:00)
Azərbaycanla Türkiyə “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzaladı

Bakı.Trend:

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Turkish Aerospase” (TUSAŞ) şirkəti arasında “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.

Trend-in məlumatına görə, sənədi Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə tərəfindən isə “TUSAŞ”ın baş meneceri Temel Kotil və Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi idarəsinin rəisi Haluk Görgün imzalayıblar.

Protokola əsasən, Azərbaycan və Türkiyə milli döyüş təyyarələrinin istehsalı çərçivəsində mühəndislərin yetişdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti