...

Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 1 Avqust 2023 10:20 (UTC +04:00)
Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edəcək

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 7 avqust 2023-cü il tarixində saat 10:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 4 avqust 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti