...

Baş Prokurorluq Bərdədə sexdə partlayışla bağlı açıqlama yaydı

Cəmiyyət Materials 2 Avqust 2023 16:42 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı.Trend:

Bərdədə sexdə baş verən partlayış nəticəsində ustanın ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 1-i saat 18 radələrində Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti