...

Zəhərlənmə ilə bağlı 658 nəfər KTM-ə müraciət edib - ÖTƏN AY

Cəmiyyət Materials 4 Avqust 2023 09:58 (UTC +04:00)
Zəhərlənmə ilə bağlı 658 nəfər KTM-ə müraciət edib - ÖTƏN AY
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 658 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 75-i dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 6-sı allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan, 3-nü isə həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub. Ölüm halının 3-ü sirkə turşusundan, 3-ü isə dərman zəhərlənməsindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti