...

MİQ üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Cəmiyyət Materials 10 Avqust 2023 13:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, BŞTİ müdiri Mehriban Vəliyeva müsahibə prosesinin gedişatını izləyib.

Müsahibənin ikinci günü Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fransız dili, musiqi, rus dili, texnologiya fənləri üzrə müsahibələr təşkil olunub.

Müsahibə mərhələsinə ümumilikdə 5 660 namizəd dəvət edilib.

Müsahibə zamanı namizədlərin peşəkar səriştəsi, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Bu mərhələdə uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.

Müsahibələr avqustun 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti