...

Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edib

Cəmiyyət Materials 12 Avqust 2023 05:09 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edib.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, daxili işlər orqanlarında vətəndaş məmnunluğunun, eləcə də polisə əlçatanlığın təmin edilməsi məqsədilə yaradılmış imkanların daha da genişləndirilməsi xidməti fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində ictimai rəyin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə sosial medianın imkanları ilə bağlı müasir çağırışları nəzərə alaraq, yeni yaradılan sosial media platformalarını əhalinin istifadəsinə təqdim edir.

Həmin rəsmi sosial şəbəkə hesabları aşağıdakılardır:

“Facebook”: https://www.facebook.com/dyp.polisazerbaycan/

“Instagram”: https://www.instagram.com/dyp.polisazerbaycan/

“Youtube”: https://www.youtube.com/channel/UCao3jYoO8kFnHkLAC3oBCDg

“Telegram”: https://t.me/dyp_polisazerbaycan

“Tiktok”: https://www.tiktok.com/@dyp_gov.az

“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə, o cümlədən yol hərəkəti iştirakçılarına müraciət edərək onları yaradılan şəraitdən səmərəli istifadə etməyə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai iştirakçılığın daha geniş vüsət almasına töhfə verməyə çağırır”,-deyə idarədən verilən məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti