Bakı. Trend:
Gəncədə intihar hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə şəhərin "Avtozavod" qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 2003-cü il təvəllüdlü Gəncə şəhər sakini Sabit Xəlilov yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətə tapılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.