...

Azərbaycanda zəlzələ oldu (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 23 Avqust 2023 01:59 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Zəlzələnin maqnitudası 4.9, dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

xxx

01:50

Cəlilabad rayonunda zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. İlkin məlumata görə, zəlzələnin maqnitudası 5-ə yaxındır.

Yeraltı təkanlar Lerik, Yardımlı, Beyləqan və Saatlıda hiss olunub.

xxx

01:30

Xəzər dənizində, Azərbaycan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Lənkəran şəhərindən 30 kilometr aralıda qeydə alınıb.

Məlumata görə, zəlzələnin episentri Lənkəran şəhərindən 30 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti