...

“Sosial işin idarə edilməsi” altsistemi yaradılacaq

Cəmiyyət Materials 28 Avqust 2023 16:16 (UTC +04:00)
“Sosial işin idarə edilməsi” altsistemi yaradılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Sosial işin idarə edilməsi” sisteminin elektron versiyası yaradılacaq.

Trend-in xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”da qeyd edilib.

Proqrama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları 2024–2025-ci illər ərzində
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Sosial işin idarə edilməsi” altsisteminin yaradılmasını, ilkin olaraq, əlilliyi olan və ahıl şəxslərlə sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmaqla həmin altsistemin test edilməsini və bütün kateqoriyalardan olan çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslərlə (ailələrlə) sosial işin “Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə aparılmasını təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti