...

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 1 Sentyabr 2023 12:38 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, sözügedən işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti