...

Oğlum tapılsaydı gözlərim yoldan çəkilərdi - I Qarabağ mühribəsində itkin düşən şəxsin anası

Cəmiyyət Materials 5 Sentyabr 2023 15:51 (UTC +04:00)
Oğlum tapılsaydı gözlərim yoldan çəkilərdi - I Qarabağ mühribəsində itkin düşən şəxsin anası
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şuşa. Trend:

Dövlətimizdən xahiş edirik ki, oğlumun tapılmasında kömək eləsin.

Bunu Trend-ə açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən Bəxtiyar Fətullayevin anası Sona Fətullayeva deyib.

O bildirib ki, oğlu Bəxtiyar 1994-cü ildə Füzuli rayonunun Əhmədbəyli kəndi uğrunda döyüşüb.

"Döyüş yoldaşlarının dediyinə görə, oğlum qəhrəmancasına döyüşüb. Lakin mühasirəyə düşüb. Ondan sonra oğlumdan hələ də heç bir məlumat yoxdur. Yoldaşım çox axtardı, amma, tapa bilmədi. Bizim də gözümüz yollardan çəkilsin", - deyə S. Fətullayeva bildirib.

Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.

Onlara kütləvi məzarlıqla bağlı məlumat verilib.

Xatırladaq ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti