...

Sel Quba-İspik-Xınalıq avtomobil yolunu yararsız hala saldı (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2023 11:50 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Qeyd edilib ki, agentlik tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub:

"Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti