...

Yeni tədris ilində ümumi təhsil müəssisələrində neçə şagird təhsil alacaq?

Cəmiyyət Materials 14 Sentyabr 2023 11:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-2024-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 131 şagird təhsil alacaq. Ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Xatırladaq ki, sabahdan Azərbaycanda yeni tədris ili başlayır.

Xəbər lenti

Xəbər lenti