...

Faktiki hava açıqlandı

Cəmiyyət Materials 15 Sentyabr 2023 10:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Xidmətdən Trend-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.

Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.

Sentyabrın 14-də havanın maksimal temperaturu Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti