Bakı. Trend:
Kimya dərsliyində dəyişiklik edilməsi gözlənilir. Bu, artıq 5-6-cı siniflərdə təbiət fənni tədris olunması ilə əlaqədardır.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, bu il 60-a yaxın məktəbdə yeni kimya, fizika, biologiya, coğrafiya dərsliklərinin pilot layihəsi aparılır:
"İl ərzində təkmilləşdirmələr aparılacaq. Növbəti ildən 7-ci siniflər yeni kimya dərsliyindən istifadə edəcəklər".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.