...

Humanitar sahədə minalardan təmizlənmə çox vacib məqamdır - Samir Poladov

Cəmiyyət Materials 2 Oktyabr 2023 12:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim missiyamız cəmiyyətin təhlükəsizliyini təmin etməkdir.

Trend xəbər verir ki, bu gün keçirilən “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda çıxışınsa ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib

“Bizim həftədə 24 saat işləyən heyətimiz bu mükafata layiqdir. Humanitar sahədə minalardan təmizlənmə çox vacib məqamdır. Təşəkkür edirəm ki, bu fəaliyyətimiz beynəlxalq səviyyədə tanındı. Ərazilərin minalardan təmizlənmə prosesi növbəti mərhələdə gələn addımlar üçün təkan rolu oynayır", - deyə o əlavə edib.

Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.

Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.

Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.

Xəbər lenti

Xəbər lenti