Bakı. Trend:
Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bu dəfə Bank ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Novxanı çimərliyi ərazisində təmizlik aksiyası həyata keçirib. Onlarla Yelo Bank əməkdaşının qoşulduğu aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Nəticədə 3 tona yaxın tullantı yığılıb. Daha sonra tullantılar çeşidlənərək xüsusi konteynerlərə yerləşdirilməsi üçün təhvil verildi.
Yelo Bank yaşadığımız cəmiyyətin inkişafına, ətraf mühitin
qorunmasına xüsusi önəm verir. Artıq ənənə halını almış bu ekoloji
aksiyanın əsas məqsədi milli sərvətimiz olan Xəzəri qorumaq,
təbiətə qarşı məsuliyyət və qayğı hisslərini aşılamaqdır. Aksiyada
təkcə Yelo əməkdaşları deyil, onların ailə üzvləri də iştirak
edirdilər. Qeyd edək ki, Bank bu cür təşəbbüsləri dəstəkləməyi və
daha da genişləndirməyi planlayır.
Bank xidmətləri, eləcə də mikro
kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram və ya
Whatsapp hesablarımıza
yazın.
Yelo Bank – Parlaq bankçılıq!