...

Narkomanların İİV-ə yeni yoluxma sayı azalıb - Komissiya

Cəmiyyət Materials 13 Oktyabr 2023 16:13 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxub. Onlardan 691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 59 nəfəri (8 %-i) inyekson narkotik istifadəçiləri olub.

Məlumata görə, Səhiyyə Nazirliyinin məlumatına əsasənhesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Respublika Narkoloji Mərkəzinə 66711 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1884 nəfərdən 1054-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti