...

Qatı nifrət nümunələrindən biri Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi bəyanat idi - STM rəhbəri

Cəmiyyət Materials 30 Oktyabr 2023 10:15 (UTC +04:00)
Qatı nifrət nümunələrindən biri Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi bəyanat idi - STM rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır.

Trend xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.

“Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan "Civilnet" platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndli millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir” açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur.

İşğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar - “döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər”” və sair epitetlər daşlamış zehinlərin göstəricisi idi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu.

Yaxud, Qarabağ Komitəsinin üzvü İqor Muradyanın Tomas de Vaala müsahibəsində “Qarabağın azərbaycanlı sakinləri haqqında nə düşünürdünüz?” sualına, “Onların fikri və aqibəti heç kimi maraqlandırmırdı” cavabı "Miatsum" fəallarının antihumanist mahiyyətini, insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. 3-cü Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı oxşar tezislər üzərində qurdu”, - deyə Z.Oruc bildirib.

Qeyd edək ki, Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilir. Mərasimdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Elmar Camalov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, elm xadimləri və media nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti