Bakı. Trend:
Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahədir. Azərbaycanın bu qədər diplomata ehtiyaca var? Bizim daha çox ehtiyacımız mühəndislərə, kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Asim Mollazadə deyib.
O qeyd edib ki, bu məsələlərə ciddi baxılmalıdır.
“Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir”, - deyə o əlavə edib.