...

Kosmik hava qeyri-sabitdir, qasırğa gözlənilir - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 7 Noyabr 2023 21:00 (UTC +04:00)
Kosmik hava qeyri-sabitdir, qasırğa gözlənilir - XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb, 5 ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv tac dəliyi müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə 2.33 nT təşkil edir. Kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.

Noyabrın 7-dən 13-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

Geomaqnit sahəsinin noyabrın 8 və 9-da fəallığını saxlayacağı və daha sonra normala dönməsi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti