...

Zəlzələ nəticəsində hər hansı dağıntı, xəsarət barədə məlumat daxil olmayıb - FHN

Cəmiyyət Materials 8 Noyabr 2023 10:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti