Bakı. Trend:
12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə əlavə edilib.
Xatırladaq ki, Gəncədə bir ailənin beş üzvü dəm qazından zəhərlənib.