...

Fransa xalqımızı zəhərləyib - Marsellen Nado

Cəmiyyət Materials 21 Noyabr 2023 09:48 (UTC +04:00)
Fransa xalqımızı zəhərləyib - Marsellen Nado
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa xalqımızı klordekon maddəsi ilə zəhərləyib.

Trend xəbər verir ki, bunu Fransa Milli Assambleyasının üzvü, Martinika nümayəndəsi Marsellen Nado l "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Bunun da qadın və uşaqlarımız üçün hansı nəticələr yaradacağını bilmirik. Bizim ölkələr Fransa üçün hansı maraq kəsb edir? Çünki ölkələrimizin problemlərinə etinasızlıqla yanaşırlar.

Fransa konstitusiyası bizi xalq kimi tanımır və mən bir deputat kimi əsas qanuna dəyişiklik olunmasını təklif etmişəm. Fransa bizə münasibətində dəyişiklik etməlidir",- deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Xəbər lenti

Xəbər lenti