Bakı. Trend:
Müstəmləkə ən vəhşi cinayətdir və Fransa bunu törədib.
Trend xəbər verir ki, bunu "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brun "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Bütün dünyaya öz bayraqlarını asmağa çalışdılar. Əsrlər boyu digər qitələrin zənginliklərini əllərindən aldılar.
1958-ci ildə Fransa Əlcəzairdə qadınları bir araya yığıb çadralarını atmalarını dedilər. Guya bu azadlıq rəmzi idi. Onlar qadınları elə yerə gətirmək istəyirdi ki, qadınların vətəndaş cəmiyyətində yeri ikinci planda olsun. Üzünü açmaq azadlıq kimi qələmə verilə bilər, lakin qadın istədiyi kimi geyinə bilər.
Azərbaycan gender bərabərliyi mövzusunda örnəkdir. Bu dəyərlər Fransaya 5 əsr sonra gətirilib. Azərbaycanda qadınlar kişilərlə birgə çiyin-çiyinə çalışır. Amma Fransada qadınlar cəmiyyətdən uzaqlaşdırılıb”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.