...

Azərbaycan Səudiyyə Ərəbistanında Beynəlxalq Müdafiə Sənayesi Sərgisində milli pavilyonla təmsil olunacaq (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2023 01:10 (UTC +04:00)
Azərbaycan Səudiyyə Ərəbistanında Beynəlxalq Müdafiə Sənayesi Sərgisində milli pavilyonla təmsil olunacaq (FOTO)

Bakı. Trend:

Müdafiə sənayesi naziri Vüqar Mustafayev noyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakıdakı səfiri Essam Bin Saleh Algetaleni qəbul edib.

Trend-in məlumatına görə, nazirlikdən bildirilib ki, əvvəlcə səfiri yeni təyinatı münasibətilə təbrik edən Vüqar Mustafayev müdafiə sənayesi sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

O, həmçinin qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətini vurğulayıb. V.Mustafayev 2024-cü il fevralın 4-dən 8-dək Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçiriləcək Beynəlxalq “World Defence Show” Müdafiə Sənayesi Sərgisində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin milli pavilyonla iştirak edəcəyini səfirin diqqətinə çatdırıb. Eyni zamanda o, gələn il sentyabrın 24-26-da 5-ci dəfə keçiriləcək “ADEX 2024” Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanı Krallığının şirkətlərini stendlə iştirak etməyə dəvət edib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən səfir Essam Bin Saleh Algetale Vüqar Mustafayevi nazir təyin olunması münasibətilə təbrik edib və ona xidməti fəaliyyətində uğurlar arzulayıb. Səfir Səudiyyə Ərəbistanı Krallığının hərbi sənaye kompleksi ilə Müdafiə Sənayesi Nazirliyi arasında hərbi texniki sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, perspektiv imkanlardan danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti