...

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Cəmiyyət Materials 29 Noyabr 2023 17:23 (UTC +04:00)
Növbəti köç karvanı Laçın şəhərinə çatdı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 363 ailə, 1389 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti