...

MDU-da təlim: Tetahilinq nədir? (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2023 03:58 (UTC +04:00)
MDU-da təlim: Tetahilinq nədir? (FOTO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tetahilinq nədir?” mövzusunda təlim keçirilib.

Universitetdən Trend-ə bildirilib ki, MDU məzunu, şəxsi inkişaf üzrə mentor Rəminə Heydərova tərəfindən keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.

Təlimçi təqdimatla çıxış edərək şüuraltı terapiya üsulu olan tetahilinqin mahiyyətindən, şəxsi inkişafda, uğurlarda, motivasiyada və yaşam keyfiyyətinin artırılmasında bu metodun əhəmiyyətli rolundan bəhs edib.

Maraqla qarşılanan təqdimat ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti