...

Füzuliyə döndüyümdə diz çöküb torpağımı öpmək istəyirəm – Füzuli sakini

Cəmiyyət Materials 7 Dekabr 2023 08:56 (UTC +04:00)
Füzuliyə döndüyümdə diz çöküb torpağımı öpmək istəyirəm – Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Füzuliyə çatdığımda diz çöküb torpağımı öpmək istəyirəm.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Simuzər Kərimova deyib.

Onun sözlərinə görə, öz doğma yurduna qayıtdığına görə, çox sevinclidir.

“Qürur hissi keçirirəm. Torpağımıza, vətənimizə gedirik. Bu günümüzə çox şükürlər olsun. Füzulini kədərlə, göz yaşları ilə tərk etmişəm. Allah Prezidentimizə, ordumuza can-sağlığı versin ki, bizə bu sevincli günləri yaşadırlar. Hər zaman xalqımızın öz arzularının gerçəkləşməsini diləyirəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti