...

Tank əleyhinə xəndək, metal kirpilər, tikanlı məftillər, mina sahələri... - Ağdərədəki dəhşətli mənzərə (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Dekabr 2023 16:12 (UTC +04:00)
Tank əleyhinə xəndək, metal kirpilər, tikanlı məftillər, mina sahələri... - Ağdərədəki dəhşətli mənzərə (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

İşğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.

Trend xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.

Jurnalistlər əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış hissəsinə gəliblər. Ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub.

Məlumat verilib ki, antiterror tədbirlərinə qədər bu yolun üzərində və ətrafında Ermənistan silahlı bölmələrinin döyüş mövqeləri yerləşdirilib. Ərazidə tank əleyhinə xəndək və metal kirpilər, tikanlı məftillər, qarışıq tipli mina sahələri və döyüş mövqeləri bir-birini əvəz edir.

Sonra media nümayəndələri əllə və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxış keçiriblər.

Görüntüləri təqdim edirik:

Xəbər lenti

Xəbər lenti