Bakı. Trend:
Hər il Yeni il ərəfəsində Bakıda metrostansiyaların çıxışlarında qurulan çadırlar bu il gözə dəymir.
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Trend-ə sorğusuna cavab olaraq bildirilib ki, bu il bayram çadırları qurulmayacaq.
Qeyd edək ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti bayram ərəfələrində əksər metrostansiyaların çıxışlarında satış məqsədilə çadırlar qurulurdu. Orada istər ərzaq, istərsə də qeyri-ərzaq malları satışa çıxarılırdı.