...

Evlənmək adı ilə xanımları aldadıb adlarına kredit götürdü

Cəmiyyət Materials 16 Dekabr 2023 11:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara otuz min manatdan artıq ziyan vuran şəxs saxlanılıb.

Trend xəbər verir ki, Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb.

C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək, onlara külli miqdarda ziyan vurub.

Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək, onların ümumilikdə 30980 (otuz min doqquz yüz səksən) manat pulunu ələ keçirib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

O, həmçinin, bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti