...

Elm və Təhsil Nazirliyi media savadlılığı sahəsində vəziyyətin yaxşılaşmasına şərait aratmağa hazırdır - Səbuhi Rzayev

Cəmiyyət Materials 20 Dekabr 2023 14:50 (UTC +04:00)
Elm və Təhsil Nazirliyi media savadlılığı sahəsində vəziyyətin yaxşılaşmasına şərait aratmağa hazırdır - Səbuhi Rzayev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi media savadlılığı sahəsində vəziyyətin yaxşılaşması üçün tərəfdaşları ilə birlikdə xarici mənbələrdən materialların Azərbaycan dilinə tərcümə prosesini dəstəkləməyə hazırdır .

Trend xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Bakıda keçirilən "Media savadlılığı" konfransı çərçivəsində panel müzakirəsində deyib.

"Müasir internet məkanında əfsuslar olsun ki, Azərbaycan dilində informasiya azdır. Elm və Təhsil Nazirliyi beynəlxalq platformalardan informasiyanın tərcüməsi məqsədilə əməkdaşlığa hazır olduğunu bildirir və bu prosesə Azərbaycanın ali təhsil ocaqlarının müəllimləri də cəlb oluna bilər. Bu, resurslara çıxış imkanını genişləndirməyə və geniş əhali təbəqəsi arasında media savadlılığı səviyyəsinin artırılmasına şərait yaratmağa imkan verə bilər", - o deyib.

Qeyd edək ki, dekabrın 20-də Medianın İnkişafı Agentliyi (MEDIA) tərəfindən "Media savadlılığı" konfransı təşkil olunub.

Konfransda Medianın İnkişafı Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, eləcə də Azərbaycanda fəaliyyət göstərən media subyektlərinin rəhbərləri, KİV nümayəndələri və bir sıra dövlət orqanlarından könüllülər iştirak ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti