...

Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini AÇIQLAYIB

Cəmiyyət Materials 21 Dekabr 2023 12:31 (UTC +04:00)
Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini AÇIQLAYIB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada tibbi tullantıların aktuallığının artması COVİD19-dan sonra baş verib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsi tərəfindən keçirilən “Tibbi tullantıların idarə olunması” mövzusunda ictimai dinləmədə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

O qeyd edib ki, texnoloji inkişaf tibbi tullantıların həcminin artmasına səbəb olub:

“Tibbi tullantıların idarə olunması ilə bağlı məsələ hər bir ölkədə fərqlidir. Azərbaycanda tibbi tullantıların hüquqi bazası mövcuddur. Ölkəmizdə tibbi tullantıların idarə olunması iki mərhələyə bölünə bilər, müəssisə daxili və müəssisə kənarına. Tibbi tullantıların təhlükəli və az təhlükəli olan var. Bu baxımdan tibbi tullantıların çeşidlənmiş formada idarə olunması tətbiq edilir”.

Nazir müavini qeyd edib ki, tibbi tullantıların idarə olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin birgə işçi qrupu fəaliyyət göstərir.

Nazir müavini vurğulayıb ki, Səhiyyə Nazirliyi tibbi tullantıların idarə olunması ilə bağlı təkliflərini hazırlayıb və qısa zamanda aidiyyəti üzrə təqdim edəcək.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəki xəstəxanalarda da tibbi tullantıların idarə olunması diqqət mərkəzindədir və tibbi tullantıların zərərsizləşdirilməsi mexanizmi qurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti