...

Qanunsuz olaraq qarışıq suxurların daşınması faktı aşkarlandı

Cəmiyyət Materials 23 Dekabr 2023 14:53 (UTC +04:00)
Qanunsuz olaraq qarışıq suxurların daşınması faktı aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxurların daşınması aşkarlanıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, fakt Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təbiəti mühafizə və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində üzə çıxıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti