...

Alimentə görə qəbula gələnlərin 50 faizinin rəsmi nikahı yoxdur - Deputat

Cəmiyyət Materials 23 Yanvar 2024 12:35 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Aliment məsələləri ilə bağlı qəbula gələnlərin 50 faizinin rəsmi nikahı yoxdur.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova deyib.

“Rəsmi nikahdan yayınma halları, qızların təhsili və erkən nikahlar məsələlərinin də ictimai dinləmələrdə müzakirə olunması əhəmiyyətlidir”.

Komitə sədri Hicran Hüseynova isə rəsmi nikahlarla bağlı statistikanın heç də belə olmadığını bildirib.

“Əgər rəsmi nikahdan yayınma halı siz dediyiniz qədər olsa, bu ciddi problemlər yaradardı. Heç də Azərbaycanda statistika belə deyil. Digər məsələlərə isə, vurğuladığınız kimi, diqqət edilməlidir”, - deyə sədr əlavə edib.

Xəbər lenti

Xəbər lenti