...

Suraxanıda maşın, Nizamidə motosiklet qaçırıldı

Cəmiyyət Materials 21 Fevral 2024 10:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda maşın qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünən saat 17 radələrində Hövsan qəsəbəsi bağlar sahəsində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Nicat Həsənov və Həşimağa Həşimov avtomobillə saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa, fevralın 18-də Nizami rayonu ərazisindən “Tufan” markalı motosikletin qaçırılması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tariyel Məmmədov motosikletlə saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti