...

Bakıda oyun zalında yanğın - Xəsarət alan var

Cəmiyyət Materials 22 Fevral 2024 09:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda oyun zalında yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 m² olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti