...

Avtomobil nəqliyyatı ilə müntəzəm marşrutlar üzrə müqavilə olmadan sərnişin daşımalarını təşkil edənlər cərimələnəcək

Cəmiyyət Materials 23 Fevral 2024 15:38 (UTC +04:00)
Avtomobil nəqliyyatı ilə müntəzəm marşrutlar üzrə müqavilə olmadan sərnişin daşımalarını təşkil edənlər cərimələnəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilə müsabiqədə qalib gəlmiş daşıyıcı ilə bağlanır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Belə ki, müsabiqənin qalibinin maddi-texniki bazasını nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlanır.

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən sərnişin daşınması haqqında müqavilə avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində icazə sayılır.

Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarını təşkil edən vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti