...

Ermənistan Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan əsgərinin saxlanıldığını açıqladı

Cəmiyyət Materials 28 Fevral 2024 12:39 (UTC +04:00)
Ermənistan Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan əsgərinin saxlanıldığını açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan tərəfi Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 05:15-də Sünik vilayətinin Tex kəndi yaxınlığında sərhədi keçən Azərbaycan əsgəri saxlanılıb.

Ermənistan İstintaq Komitəsi əsgərimizə qarşı cinayət işi açıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti