Bakı. Trend:
Ağdamda minaya düşən şəxs əməliyyat olunur.
Trend xəbər verir ki, bunu Bərdə rayon mərkəzi xəstəxanasının həkimi Rasim Abdullayev deyib.
"Bugün saat 11:36 radələrində Ağdam rayon təcili yardım şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına Ağdam rayonunda minaya düşmə hadisəsi ilə bağlı 1995-ci il təvəllüdlü kişi cinsli xəstə gətirilmişdir. Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. Xəstəyə ilkin yardım və müayinələrdən sonra xəstə təcili olaraq əməliyyata qaldırıldı. Halhazırda əməliyyatdadır, vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə Abdullayev bildirib.