MÜSİAD Azərbaycanla TBMM üzvləri arasında görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2024 14:03 (UTC +04:00)

Bakı. Trend:

MÜSİAD Azərbaycanla Türkiyə Böyük Millət Məclisi (TBMM) üzvləri arasında görüş keçirilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli X sosial şəbəkə hesabında bildirib.

Məlumata əsasən, görüş çərçivəsində Nevşehir və Bursa şəhərlərində fəaliyyət göstərən sahibkarla əməkdaşlıq imkanları müzakirə etdilib.

“İdarə Heyəti üzvlərimizlə birlikdə Türkiyə Böyük Millət Məclisi (TBMM) Nevşehir Millət Vəkili, MHP Genel başkan yardımcısı xanım Filiz Kılıç, Bursa Millət Vəkili, Türkiyə-Özbəkistan Parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Osman Mesten, Türkiyə Səfirliyi TC Müdafiə Nazirliyinin müşaviri cənab İlker Türközlə ofisimizdə görüşdük. Hörmətli Millət Vəkillərimizə, dəyərli müşavirimizə ziyarətlərindən məmnunluğumuzu ifadə edir, təşəkkürümüzü bildiririk”, - deyə R.Cabirli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti